Kateqoriyasız

Lənkəranda cəzalandı, Qəbələdə oynamayacaq

Premyer Liqanın 30-cu turu çərçivəsində aprelin 12-də öz meydanında AZAL-la qarşılaşacaq "Qəbələ"nin üzvü Ebesilio bu oyunda  meydana çıxa bilməyəcək.

İdmanxeber.com-a klubdan verilən məlumata görə, Yuri Syomin "təyyarəçilər"lə oyunda Lorentso Ebesilionun xidmətindən məhrum olacaq. Buna səbəb futbolçunun "Xəzər Lənkəran"la səfər oyununda sarı kart alaraq cəzalı duruma düşməsidi.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43