19 Sentyabr 2024
Dünya futbolu

“Barselona” Meksika klubuna məğlub oldu – VİDEO

“Barselona” yoldaşlıq görüşündə Meksikanın “Amerika” komandasına uduzaraq (2:3) 5 milyon avro qazanıb.

İdmanxeber.az-ın məlumatına görə, oyun dekabrın 22-nə keçən gecə Amerikanın Dallas şəhərində baş tutub.

Kataloniya klubunun heyətində Lamin Yamal və Mark Giu fərqlənib. Qaliblərin heyətində Julian Quinones dubl edib, Henri Martin isə daha bir qola imza atıb.

“Barselona”nın 38 xalı var və La Liqa turnir cədvəlində 3-cü yerdədir. “Amerika” Meksika Apertura Liqasının qalibi oldu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43