Dünyadan

“Barselona” portuqaliyalını heyətinə qatdı

“Barselona” növbəti transferini gerçəkləşdirib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, Kataloniya təmsilçisi “Valensiya”nın futbolçusu Andre Qomesi heyətinə cəlb edib. 22 yaşlı yarımmüdafiəçini növbəti həftə rəsmi müqavilə imzalayacağı bildrilib.

Qeyd edək ki, A.Qomes ötən mövsüm La Liqada oynadığı 30 görüşdə 3 qol vurub, 3 qolun ötürməsini verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43