Dünyadan

“Barselona” Premyer Liqadan müdafiəçi, A seriyasından isə yarımmüdafiəçi alır

“Barselona” “Mançester Siti”nin müdafiəçisi Vensan Kompani və “Yuventus”un yarımmüdafiəçisi Pol Poqbanı transfer etmək istəyir.

İdmanxeber.com-un məlumatına görə, bu barədə “El Mundo Deportivo” məlumat yayıb. 

Xəbərdə bildirilir ki, Mançester klubu UEFA-nın “Fair-Play” qaydalarına əməl etmədiyi üçün yaxın vaxtlarda ciddi cəzalara məruz qalacağından belçikalını “Barsa”ya sata bilər. Buna görə də, müdafiədəki boşluğu Kompani ilə doldurmaq istəyən Kataloniya klubunun rəsmiləri yaxın günlərdə İngiltərəyə gedəcəklər.

“Barsa2 tərəfi bundan əlavə “Yuve”dən Poqbanı almaq niyyətindədi. 70 milyon civarında bir transfer dəyəri olan fransız futbolçu üçün “Narselona” qarşı tərəfə transferə çıxaracağı bir neçə futbolçunu təklif edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43