Bütün dünyanın maraqla gözlədiyi oyunlardan biri İspaniya La Liqasında “el-klasiko”dur. “Barselona” – “Real” arasında mövsümün ilk qarşılaşması dekabrın 4-də keçiriləcək.
İdmanxeber.com-un məlumatına görə, artıq sözügedən qarşılaşmanın başlama saatı bəllidir. La Liqa prezidenti Xavier Tebas açıqlamasında oyunun saat 18:15-də (Bakı vaxtı ilə) başlayacağını bildirib.
“Real” – “Barcelona” qarşılaşması aprelin 23-ündə baş tutacaq.