Bu gün Milli Olimpiya Komitəsinin inzibati binasında Azərbaycan Voleybol Federasiyasının (AVF) növbəti iclası keçirilib.
İdmanxeber.com xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri, millət vəkili Cavid Qurbanov Voleybol Federasiyasının yeni prezidenti seçilib.
Qeyd edək ki, Cavid Qurbanov buna qədər “Azəryol” klubunun prezidenti vəzifəsində də çalışıb.
Xatırladaq ki, Qurbanov AVF-nin prezidenti postunda Nəqliyyat naziri Ziya Məmmədovu əvəz edib.