Dünyadan

“Barselona” şokda

“Barselona” ciddi itki ilə üzləşib.

İdmanxeber.com-un məlumatına görə, Kataloniya klubunun aparıcı üzvlərindən olan Neymar ötən gün baş tutan məşqdə zədələnib. 

Zədəsi ciddi olan braziliyalı futbolçu buna görə də, klublararası dünya çempionatının yarımfinal mərhələsində komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, Neymar bir müddət əvvəldə zədələnmişdi. O, bu səbəbdən Çempionlar Liqasının qrup mərhələsinin sonuncu matçında “Bayer”ə qarşı çıxış etməmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43