08 Sentyabr 2024
Dünya futbolu

“Barselona” Xavini onunla əvəz edə bilər

”Barselona” bu mövsüm istədiyi nəticələri əldə edə bilmir.

İdmanxeber.az-ın məlumatına görə, Kataloniya klubu gələn mövsümdən etibarən komandanı Mikel Artetaya əmanət edə bilər. Xavi postunu tərk etsə, əsas namizəd 41 yaşlı mütəxəssis olacaq.

Superkubokda “Real”a məğlub olan “Barselona” La Liqada 41 xalla 3-cü pilləni tutur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43