Dünya futbolu

“Barselona” yarışdan çəkildi

“Barselona” Aleks Baenanı transfer etməyəcək.

İdmanxeber.az məlumat verir ki, 22 yaşlı oyunçu Katalon klubuna baha gəlib. Maliyyə problemləri yaşayan “blauqrana” oyunçunun 60 milyon avroluq sərbəst qalma məbləğini ödəyə bilmir.

“Vilyarreal”ın yetirməsi olan Baena bu mövsüm bütün turnirlərdə 38 oyunda 5 qol vurub və 13 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43