Dünya futbolu

“Barselona”a dortmundlu ulduza göz dikib

İspaniyanın "Barselona" klubu "Borussiya"nın (Dortmund) ulduz futbolçusu Robert Levandovskini transfer etmək istəyir.

Bu barədə Almaniya mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki, hücumu daha da gücləndirmək istəyən "Barselona" polşalı futbolçunu transfer etmək üçün hərəkətə keçib. Bu məhz baş məşqçi Xerardo Martinonun istəyidir.

Katalon təmsilçisinin qışda Levandovskiyə rəsmi təklif göndərəcəyi bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43