Dünya futbolu

Ronaldinyo “Beşiktaş”a mesaj göndərdi

“Beşiktaş”ın transfer siyahısında ilk pillədə duran Ronaldinyo tez bir zamanda Avropaya transfer olunmasını istəyir.

Bununla bağlı “Atletiko Mineyro”nun ulduz futbolçusu meneceri vasitəsilə türk təmsilçisinə mesaj göndərib. O, “Beşiktaş”a gəlməyə razı olduğunu bildirib.

Transfer qiymətində ağız büzən “Qara Qartal” belə olduğu halda, bacardığı qədər futbolçunun qiymətini aşağı salmaq istəyir. Qış transfer pəncərəsində braziliyalı ulduzun böyük ehtimalla “Beşiktaş” keçəcəyi söylənilir.

Ronaldinyo İstanbul klubuna transfer olunaraq dünya çempionatında Braziliya millisinin heyətində yer almaq arzusundadır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43