08 Sentyabr 2024
Dünyadan

“Barselona”nı gözləyən böyük təhlükə

Kataloniya öz müstəqilliyini elan edərsə “Barselona” və “Espanyol” La Liqada oynamaya bilər.

İdmanxeber.com-un məlumatına görə, İspaniya Futbol Federasiyasının prezidenti Xavyer Tabes açıqlamasında yalnız Andorradan başqa, digər ölkə və əyalətlərin komandalarının La Liqada oynamasına qanunlar icazə verilmədiyini bir daha xatırladıb.

Qurum başçısı bildirib ki, “Barsa”nın La Liqada oynaması üçün İspaniya parlamenti qanunlarda dəyişiklik etməlidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43