Dünyadan

“Barselona”nın 7 futbolçusu “Bayer”ə qarşı oynamayacaq

Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda sabah Levekuzen “Bayer”i ilə üz-üzə gələcək “Barselona” 7 futbolçusunun xidmətindən məhrum olub.

İdmanxeber.com-un məlumatına görə, Kataloniya klubunun baş məşqçisi Pikeyə və Andres İnyestaya istirahət verməyə qərar verib.

Dani Alveş cəzalı, Jeremi Matye, Serdji Roberto, Duqlas və Rafinya isə zədəli olduqlarından “Bayer”ə qarşı oynamayacaqlar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43