Dünya futbolu

“Barselona”nın dərdi böyükdü

İspaniyanın "Barselona" klubunun 330 milyon borcu var.

Bu barədə klubun iqtisadi əməliyyatlar üzrə vitse-prezidenti Xavyer Faus məlumat verib. O, son illərdə bu borcun miqdarının azaldığını bildirib.

“Biz son 4 ildə kreditorlar qarşısında öhdəliklərimizi 200 milyon avro azaltmışıq. Gələcəkdə də belə davam etsə, 5 il sonra borcumuzu tam bağlayacağıq”.

Qeyd edək ki, “Barselona”nın əzəli rəqibi “Real”ın 541 milyon avro borcu var.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43