Kateqoriyasız

“Barselona”nın hədəfində olan futbolçu

İspaniyanın “Barselona” klubu Almaniyadan futbolçu transfer edir.

Kataloniya klubu Münhenqladbax “Borussiya”sının qapıçısı Mark-Andre ter Ştegeni sıralarına qatmağa hazırlaşır. 

“Barsa” alman qapıçını Viktor Valdesin yerinə alacaq. Belə ki, Valdes bir müddət öncə “Barsa”dan ayrılacağını bildirmişdi. 

Kataloniya klubu 21 yaşlı qolkiper üçün 10 milyon avro ödəyəcək. Ştegenlə 4 illik müqavilə imzalanacağı gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43