Dünyadan

“Barselona”nın ulduz futbolçusu PSJ-də

“Barselona”dan ayrılacağı gözlənilən Dani Alveşin yeni komandası bəlli olub.

İdmanxeber.com-un məlumatına görə, yayda Kataloniya klubundan ayrılacaq braziliyalı müdafiəçi PSJ ilə anlaşıb. 

31 yaşlı ulduz futbolçu illik 6.3 milyon sterlinq qarşılığında Paris klubuna “hə” deyib.

Qeyd edək ki, “Barselona” Alveşin gedişini göz önünə gətirərək sağ cinah müdafiəçi axtarışına çıxıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43