Dünya futbolu

“Barselona”ya təşəkkür edən məşqçi “Real”dan qovuldu

“Real” 17 yaşadək futbolçulardan ibarət komandanın köməkçi məşqçisi Adria Diası istefaya göndərəcək

İdmanxeber.az-ın məlumatına görə, buna səbəb onun 2015-2019-cu illərdə çalışdığı “Barselona”ya göndərdiyi təşəkkür məktubu olub. Gənc mütəxssis anasına xərçəng diaqnozu qoyulanda kataloniyalıların ona verdiyi dəstəyə görə kluba minnətdarlığını və sevgisini bildirib.

Bunu qəbuledilməz sayan “Real” rəhbərliyi onu işinə son verəcək. Madrid klubu Diasın bütün maaşını kompensasiya edəcəyi gözlənilir. Mütəxəssis bu yay klubda işə düzəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43