Kateqoriyasız

Baş katib sponsorluq müqaviləsi imzalayacaq

Sentyabrın 1-də, saat 12:00-da “Boulevard Hotel Bakı” otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə “Boulevard Hotel Bakı” arasında sponsorluq müqaviləsinin imzalanma mərasimi keçiriləcək. 

İdmanxeber.com-un məlumatına görə, anlaşmaya uyğun olaraq, “Boulevard Hotel Bakı” Azərbaycan milli komandalarına və AFFA-nın təşkilatçılığı ilə keçirilən U-15 Liqasına sponsorluq edəcək.

Müqavilə AFFA-nın baş katibi Elxan Məmmədov və “Boulevard Hotel Bakı” otelinin baş meneceri Valentin Osolos tərəfindən imzalanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43