İdman

Basketbol Liqasında final seriyasının üçüncü oyunu keçirildi

Azərbaycan Basketbol Liqasında final seriyasının üçüncü oyunu keçirilib.

İdmanxeber.az xəbər verir ki, “Sabah” və “Gəncə” komandaları “Sərhədçi” İdman Mərkəzində üz-üzə gəliblər.

Rəqibini 93:90 hesabı ilə üstələyən paytaxt təmsilçisi seriyada önə keçib – 2:1

İlk görüşdə “Sabah”, ikinci qarşılaşmada isə “Gəncə” qələbə qazanıb.

Çempion üç qələbənin nəticəsinə əsasən müəyyənləşəcək. Mayın 27-də qalib bəlli olmasa, 3 gün sonra beşinci oyun gerçəkləşəcək.

Qeyd edək ki, daha əvvəl NTD “AAAF Xırdalan”ı 100:79 hesabı ilə məğlub edərək bürünc medala sahib çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43