Kateqoriyasız

Başlamamış BİTDİ: Azərbaycanlı futbolçuların Superliqa sevdası yarımçıq qaldı

Azərbaycanlı futbolçular – Qara Qarayev və Tural Rzayevin Türkiyə Superliqasında çıxış edən “Mersin İdman Yurdu”na keçidi baş tutmayıb.

İdmanxeber.com-un məlumatına görə, “Qarabağ”ın üzvü Qara Qarayevin seçimini klubundan yana etməsi öncədən bəlli olmuşdusa, Tural Rzayevin Superliqa sevdası yarımçıq qalıb. Belə ki, Mersin təmsilçisinin istefaya göndərilən baş məşqçisi Bülənt Qorxmaz azərbaycanlı futbolçuların bu kluba transferinin artıq baş tutmayacağını bəyan edib.
 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43