Dünyadan

Belarus Avropa Oyunlarına nə qədər pul xərcləyəcək?

Avropa Oyunlarına 2019-cu ildə ev sahibliyi edəcək Belarus yarış üçün 30-40 milyon dollar xərcləyəcək.

İdmanxeber.com-un məlumatına görə, bu barədə ölkənin idman və turizm naziri Aleksandr Şamko ONT telekanalına açıqlamasında bildirib.

"Transfer və uçuş xərclərini Avropa Olimpiya Komitələri (AOK) üzərinə götürəcək. Teleyayım məslələri Beynəlxalq Olimpiya Komitəsi tərəfindən yaradılacaq kanalda müzakirə olunacaq. Xərclərin bir hissəsi AOK-un payına düşəcək. Bununla yanaşı, Belarus Avropa Oyunlarının keçirilməsi üçün zəruri olan hər cür infrastruktur və qurğulara malikdir" –  nazir vurğulayıb.

Xatırladaq ki, I Avropa Oyunları 2015-ci ildə Azərbaycanda keçirilib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43