Dünya futbolu

Belçikalı Premyer Liqa klubu ilə vidalaşdı

“Lester”in yarımmüdafiəçisi Youri Tilemans İngiltərə klubundan ayrıldığını açıqlayıb.

İdmanxeber.az xəbər verir ki, futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O, “Əziz azarkeşlər, dörd xüsusi ildən sonra bu inanılmaz klubla vidalaşıram” – deyə, bildirib.

Tilemans 2019-cu ilin iyulundan Premyer Liqa klubunda çıxış edir. Onun klubu ilə müqaviləsi yayda başa çatır.

“Lester” 2022/23 mövsümünün sonunda 34 xalla 18-ci yerdə qərarlaşaraq Premyer Liqanı tərk edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43