Dünya futbolu

Ronaldo mövsümü zədə ilə başa vurdu

Kristiano Ronaldo mövsümü “Əl Nəsr”də zədə ilə başa vurub.

İdmanxeber.az-ın məlumatına görə, ulduz futbolçunun adı son turda “Əl-Fateh”ə qarşı oyunda (3:0) matçın iştirak ərizəsinə daxil edilməyib. Buna səbəb onun zədəli olmasıdır. 

38 yaşlı hücumçu cari mövsüm liqa matçlarında tam heyətlə çıxış edib.

Qışda “Əl-Nəsr”ə keçdikdən sonra Ronaldo Səudiyyə Ərəbistanı çempionatında 16 oyun keçirib, 14 qol vurub. Portuqaliyalı liqada bombardirlər siyahısında 5-ci yeri tutub. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43