Dünya futbolu

Belçikalıdan “Çelsi”yə üzücü xəbər

“Çelsi” yarımmüdafiəçi Romeo Lavianın son durumu ilə bağlı açıqlama yayıb.

İdmanxeber.az-ın məlumatına görə, 20 yaşlı belçikalı bu mövsüm oynaya bilməyəcək. Lavia “Çelsi”yə 2023-cü ilin avqustunda “Sauthempton”dan 62 milyon avroya keçib.

Dekabrın 27-də “zadəganlar”ın heyətində debüt edən yarımmüdafiəçi “Kristal Pelas”la oyununda (2:1) zədə səbəbindən sıradan çıxıb.

“Çelsi” 28 turdan sonra 39 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43