Milli komanda

Berti Foqts Araz Abdullayevi millidən uzaqlaşdırdı

Mayın 27-də San Fransisko şəhərində ABŞ yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Araz Abdullayev zədəli olduğu üçün heyətdən çıxarılıb.

Adı ehtiyat oyunçular siyahısında olan Ufuk Budak (“Gaziantep” BB, Türkiyə) və Pərdis Fərcad-Azad (“Sumqayıt”) heyətə dəvət edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43