Milli komanda

Berti Foqts: “Azərbaycan millisi cəmi 20 dəqiqə oynadı”

DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində səfərdə İsraillə 1:1 bərabərə qalan Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.

Almaniyalı mütəxəssis komandasının cəmi 20 dəqiqə oynadığını bildirib:

"Komandam 1 xal qazandığı üçün şadam. Ancaq oyun məni qane etmədi. Çünki komandam cəmi 20 dəqiqə oynadı. Hansı ki, belə oyunlarda bu çox azdır. Bilirəm ki, daha yaxşı oynaya bilərik. Şimali İrlandiya ilə oyunda yaxşı oyun və nəticə gözləyirəm. Biz topu daha çox saxlamalıyıq".

Qeyd edək ki, millimiz seçmə mərhələdə növbəti oyununu noyabrın 11-də Bakıda Şimali İrlandiyaya qarşı keçirəcək.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43