Kateqoriyasız

Berti Foqts “Xəzər Lənkləran” və “Neftçi”nin oyunlarına baxacaq

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Topaz Premyer Liqanın 30-cu turunun iki oyunun izləyəcək.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, almaniyalı mütəxəssis “Bakı” – “Xəzər Lənkəran” və “İnter” – “Neftçi” matçlarına stadiondan baxacaq.

Qeyd edək ki, B.Foqtsun  köməkçiləri Aslan Kərimov “Sumqayıt – Simurq” görüşünü,  Mahmud Qurbanov isə “Qarabağ” – “Rəvan” qarşılaşmasını izləyəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43