Kateqoriyasız

“Bertuççi mənə yaxınlaşaraq klubdan ayrılmaq istədiyini bildirdi”

“Neftçi” klubunun baş məqşisi Arif Əsədov Bruno Bertuççinin komandadan ayrılmasına münasibət bildirib.

İdmanxeber.com-un məlumatına görə, klubun rəsmi saytına danışan A.Əsədov Bertuççinin öz istəyi ilə komandadan getdiyini deyib:

“Bruno Bertuççi mənə yaxınlaşaraq klubdan ayrılmaq istəməsi ilə bağlı fikrini bildirdi. Daha sonra bu barədə klub rəhbərliyinə müraciət etdi və qarşılıqlı razılaşma əsasında klubdan ayrıldı. Bertuççi “Neftçi” ilə bərabər bir sıra uğurların qazanılmasında pay sahibi olub. Ölkə kubokunu və çempionluğu qazanıb. Avropa Liqasının qrup mərhələsində çıxış edib. Ona gələcək karyerasında uğurlar arzulayırıq. Bununla belə, bizim komandamızda əvəzedilməz futbolçu yoxdur. Hazırda həmin mövqe uğrunda bir neçə yerli futbolçu rəqabət aparır. Məqsədimiz də odur ki, əsas heyətdəki yerli futbolçuların sayını artıraq və milli komandalarımıza daha güclü futbolçular yetişdirək.”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43