Dünyadan

“Beşiktaş” axtardığı hücumçusunu tapdı

“Fulhem” hücumçusu Kostas Mitroğlunu “Beşiktaş”a baha satmaq istəyi baş tutmayıb.

İdmanxeber.com-un məlumatına görə, Türkiyə təmsilçisi yunanıstanlı forvardın təzminat qiymətinin yüksək olması səbəbi ilə bu transferdən əlini üzüb. 

“Qara qartal”ın artıq hədəfindəki digər futbolçu məlumdu. Hücumçu axtarışlarını “Marsel”in forvardı Andre-Pierre Jinyak üzərində dayandıran “ağ-qaralar” fransalı futbolçunun transferini yaxın günlərdə rəsmiləşdirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43