Kateqoriyasız

“Beşiktaş” camiəsi bu xəbərə üzüldü

Uzun müddətdir tənəffüs yollarında problemlər yaşayan “Beşiktaş”ın fəxri prezidenti Süleyman Seba dünyasını dəyişib.

İdmanxeber.com-un məlumatına görə, 1946-1954-cü illərdə futbolçu kimi “Beşiktaşın şərəfini qoruyan S,Seba Türkiyə millisində də forma geyinib. 1984-2000-ci illərdə isə “Beşiktaş”ın prezidenti vəzifəsində işləyib.

Qeyd edək ki, bu gün “Vodafone Arena”da S.Sebanın vida mərəsimi keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43