Kateqoriyasız

Yaşar Seyidov Hafiz Məmmədova xəbərləri düzgün çatdırmır – RƏSMİ AÇIQLAMA

Bakı” klubunun prezidenti Hafiz Məmmədov komandasındakı futbolçuları alan klublara sərt reaksiya verib. Belə ki, klub prezidenti verdiyi müsahibələrin birində məsələyə belə münasibət bildirib: “Simurq” və “Qarabağ”ın nə ixtiyarı var ki, mənim futbolçularımı aparıb?”

"Bakı"nın vitse-prezidenti Yaşar Seyidov da klubun bəzi futbolçularının "oğurlanmasına" belə münasibət bildirib:"Qarabağ"la "Simurq" indi heç bizə bir zəng etməyə ehtiyac duymadan futbolçularımızı öz heyətinə qatır. Artıq onların bu oğurluğu ilə bağlı AFFA-ya müraciət etmişik.

“Qarabağ”la “Simurq”dan FİFA-ya da şikayət edəcəyik. "Bakı"nın akademiyası ondan ötrü çalışmır ki, yetişdirdiyi futbolçular pulsuz olaraq başqa klublara keçsinlər”.

“Bakı” klubunun rəhbərliyinin dediklərinə münasibət bildirməsi üçün “Qarabağ”ın direktoru Emrah Çelikellə əlaqə saxlanılıb.  Publika.az-a danışan klub rəsmisi məsələnin Hafiz Məmmədova düzgün çatdırılmadığını dedi: “Bizim “Bakı” klubunun rəhbərliyi ilə həmişə yaxşı münasibətlərimiz olub. Heç vaxt hansısa komandanın futbolçusunu oğurlamaq kimi bir fikrimiz olmayib. Həmin futbolçular bizə azad transfer kağızları ilə gəldilər və komandamıza qəbul olunmaq istədilər. Dünyanın hər yerində bir futbolçu əlində azad transfer vərəqəsi ilə sizə müraciət edirsə, deməli əvvəlcədən məxsus olduğu klubla tamamən ayrılıb və istədiyi komandaya keçmək hüququna sahibdir.

Məncə, Hafiz bəyə məsələləri başqa cür çatdırıblar. Mən şəxsən özüm futbolçular düşərgəmizə gələndə onlarla müqavilə bağlananadək Yaşar bəylə ünsiyyətdə olmuşam. Hətta ona da bildirmişəm ki, “biz sizin düşdüyünüz çətin vəziyyətdən istifadə edirmiş kimi görünmək istəmirik”.

Emrah Çelikel Yaşar Seyidovun da dediklərini təkzib etdi: “Yaşar bəylə həmişə yaxşı münasibətlərimiz olub. Ancaq indi niyə belə danışır, özüm də başa düşmürəm. “Bakı”nın iki futbolçusu bizim komandaya gəlmək istədiklərini dedikləri andan etibarən onun özü ilə ünsiyyətdə olmuşam”

Çelikel bir başqa açıqlamasında Yaşar Seyidovu konkret olaraq,suçlayıb:  "Biz bu keçiddən qabaq da Yaşar Seyidovu məlumatlandırmışdıq. Günah elə Yaşar Seyidovdadır. Yaşar müəllim işi o yerə çatdırmamalıydı ki, o futbolçular da azad agent statusu alsınlar. İstər Şəhriyar Əliyev, istərsə də Namiq Ələsgərov gəliblər qapımıza ki, azadıq. Bizdə onları komandaya götürmüşük. Daha gedib “Bakı”dan onları xəlvət oğurlamamışıq ki?"


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43