Dünya futbolu

“Beşiktaş” “Çelsi”nin qapıçısı ilə maraqlanır

"Beşiktaş"ın qış fasiləsi çərçivəsində"Çelsi"nin qapıçısı Petr Çexi transfer edəcəyi idda olunur.

İdmanxeber.com-un məlumatına görə, İngiltərə mətubatı "Beşiktaş"ın "Çelsi" ilə ilkin razılığa gəldiyini vurğulayıb.

Tibo Kurtua komandaya qayıtdıqdan sonra daha çox ehtiyyatda qalan 32 yaşlı qolkiperin də bu transferə isti baxdığı idda olunur.

Qeyd edək ki, "Beşiktaş"la yanaşı Petr Çexlə PSJ , "Real Madrid" və "Monako" klubları maraqlanır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43