Dünya futbolu

“Beşiktaş” niderlandlı futbolçu ilə yolları ayırdı

“Beşiktaş” hücumçusu Vaut Veqorstla yollarını ayırıb.

İdmanxeber.az-ın məlumatına görə, niderlandlı futbolçu bu gün İstanbuldan ayrılır. Veqorst müqavilə ilə İngiltərənin “Bernli” klubuna məxsusdur. O, icarə əsasında “Beşiktaş”da çıxış edirdi.

Oyunçunun “Mançester Yunayted”ə keçəcəyi bildirilir.

Veqorst “Beşiktaş” forması ilə 17 oyuna çıxıb və 8 qol vurub.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43