Dünya futbolu

“Beşiktaş”da ciddi itki

Avropa Liqasının 1/16 final mərhələsində İsrailin “Hapoel” klubunu qəbul edəcək “Beşiktaş” oyuna ciddi itki ilə çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, İstanbul klubunun aparıcı futbolçu Rikardo Kuarejma zədə səbəbindən bu görüşü buraxacaq.

Superliqanın XXI turunda “Akhisar”la oyunda zədələnən portuqaliyalı yarımmüdafiəçinin zədəsinin ciddi olduğu məlum olub.

Qeyd edək ki, “Beşiktaş” – “Hapoel” oyunu fevralın 23-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43