Dünya futbolu

“Beşiktaş”ın futbolçusuna ağır cəza

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi “Beşiktaş”ın futbolçusu Dusko Toşiçə ağır cəza verə bilər.

Serbiyalı futbolçu 24 oyunluq diskvalifikasiya edilə bilər. Buna futbolçunun ölkə kubokunun 1/8 final mərhələsində “Fənərbaxça” ilə oyunda etdiyi hərəkətlər səbəb olub.

Belə ki, 42-ci dəqiqədə qırmızı vərəqə alan Toşiç matçın qalan hissəsini tribunadan izləyib. Ancaq o, oyunu özünə aid olan vəsiqə ilə yox, başqasına aid olan qeydiyyat vəsiqəsi ilə seyr edib.

Onun bu hərəkləti isə qaydalara ziddir. Toşiçin İntizam Komitəsinin 47-ci maddəsinin 1-ci bəndində yer alan qaydalarla görə, 8 oyundan, 24 oyuna qədər diskvalifikasiya ediləcəyi gözlənilir.

Qeyd edək ki, komandalar arasında ötən gecə baş tutan matçda “Fənərbaxça” qələbə qazanaraq, növbəti mərhələyə yüksəlmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43