Dünya futbolu

“Beşiktaş”ın hədəfindəki “Barselona”lı

”Beşiktaş” “Barselona”nın yarımmüdafiəçi Oriol Romeonu transfer etmək istəyir.

İdmanxeber.az məlumat verir ki, 32 yaşlı yarımmüdafiəçinin fikri isə karyerasını İspaniyada davam etdirməkdir. “Jirona” oyunçunun vəziyyətini yaxından izləyir.

Romeu ötən ilin yayında “Barselona”ya keçib. O, bu mövsüm bütün turnirlərdə 32 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43