Dünya futbolu

Arda “Real Sosyedad”a keçə bilər

Arda Güler növbəti mövsüm  “Real Sosyedad”da çıxış edə bilər.

İdmanxeber.az insayder Ekrem Konura əsasən məlumat verir ki, Bask klubu “Real” türkiyəli oyunçunu icarəyə göndərsə, onu heyətinə qatmağa çalışacaq.

Arda bu mövsüm Madrid klubunun heyətində cəmi 7 oyuna çıxa bilib. O, La Liqanın son turunda “Atletik” (Bilbao) ilə oyunda sona qədər ehtiyatda qalıb və meydana daxil olmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43