Ölkə futbolu

BİABIRÇILIQ: “Neftçi” və “İnter” futbolçuları yumruq-təpik davasına çıxdı

Az öncə başa çatan “İnter” – “Neftçi” matçından sonra xoşagəlməz hadisələr yaşanıb. 

İdmanxeber.com-un oyuna ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, paltardəyişmə otağında hər iki komandanın futbolçuları sözün əsl mənasında yumruq-təpik davasına çıxıblar. Davanı başladan “Neftçi” tərəfi olub.

Klub rəsmilərinin müdaxiləsindən sonra futbolçuları sakitləşdirmək mümkün olub.

Qeyd edək ki, matç “İnter”in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43