Ölkə futbolu

“Birlikdə görəcəyimiz bəzi işlər var” – “Neftçi”nin yeni transferi

“Neftçi”nin yeni transferi Kilan Lebon şəxsi instaqram səhifəsində paylaşım edib.

İdmanxeber.az-ın məlumatına görə, fransalı futbolçu “ağ-qara” formanı geyinməkdən şərəf duyduğunu bildirib:

“Bu komandaya qoşulmaq çox gözəl hissdir. Bütün mesajlarınızı və şərhlərinizi görürəm. Dəstəyinizə görə şadam. Ümid edirəm ki, bunun qarşılığını meydanda verəcəyəm. Birlikdə görəcəyimiz bəzi işlər var”.

Qeyd edək ki, son klubu Qazaxıstan “Astana”sı olan Kilan Lebon “Neftçi” ilə 1,5+1 illik müqavilə imzalayıb.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43