Ölkə futbolu

Blajevskidən Mustafa Dənizliyə göndərmə: “Sol cinahda özümü daha yaxşı hiss edirəm”

"Xəzər Lənkəran"da olmağımdan məmnunam. Burada hgər şey yaxşı təşkil olunub və mən bu klubda xoşbəxtəm. Çempiponatın səviyyəsi isə Makedoniyadakından yüksəkdi".

İdmanxeber.com-un məlumatına görə, bu sözləri "Xəzər Lənkəran"ın futbolçusu Deyan Blajevski deyib.

Cənub klubunun makedoniyalı futbolçusu Azərbaycan çempionatının Makedoniyadakından çox-çox üstün olduğunu bildirib. Makedoniya futbol Federasiyasının rəsmi saytına danışan Deyan daha sonra bunları deyib:

"Burada klubların büdcələri daha böyükdür və belə olan halda da səviyyəli futbolçular Azərbaycana gəlir. Mənim özüm də "Xəzər Lənkəran"da xoşbəxtəm. Bu klubda əsasən sol cinahda özümü daha yaxşı hiss edirəm".

"Xəzər Lənkəran"a gəlməmişdən öncə mövsümün ilk yarısını "Turnovo" klubunda keçirən və ilk yarıda göstərdiyi futbolla bir ay öncə yerli federasiya tərəfindən ölkəsinin ən yaxşı yerli futbolçusu seçilən Blajevski təəssüratlarını belə bölüşüb:

"Bu mənim üçün sevindirici haldı. Burada komanda yoldaşlarımın da əməyi böyükdü".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43