Ölkə futbolu

“Neftçi”də böyük dərd: 6 futbolçu “Qəbələ”yə qarşı oynaya bilməyəcək

"Neftçi" "Qəbələ"ylə oyuna 6 problemlə hazırlaşır.

İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, paytaxt klubunun heyətində 3 zədəli və 3 cəzalı futbolçu var.

Həftəsonu "Qəbələ" ilə keçiriləcək oyunda Böyükağa Hacıyev Mirhüseyn Seyidov, Ernest Nfor və Bahodir Nasimovun xidmətindən məhrum olacaq. Adı çəkilən futbolçular zədəli olduqlarından 33-cü tur matçını buraxmalı olacaqlar. 

"Flaqman"ın itkiləri bununla bitmir. Erik Ramos, Araz Abdullayev və Deniz Silva "Qarabağ"la matçda sarı vərəqə alaraq, cəzalı duruma düşüblər. Buna görə də, bu 3 oyunçu da əyalət klubu ilə matçda "Neftçi"yə kömək edə bilməyəcəklər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43