Ölkə futbolu

Pantiç: “Bakı” avrokuboklarda çıxış etməyə hazır deyil”

“Sabahkı maraqlı oyuna hazırıq. Komandada əhval-ruhiyyə normal səviyyədədir. Amma çempionatın liderinə qarşı görüş asan olmayacaq”.

İdmanxeber.com-un məılumatına görə, bu sözləri “Bakı”nın baş məşqçisi Milinko Pantiç klunun rəsmi saytına açıqlamasında deyib.

Növbəti tur “Qarabağ”la qarşılaşacaq “Bakı”nın serbiyalı çalışdırıcısı bu görüşdə qələbə qazanmaq istədiklərini bildirib:

“Cari mövsüm “Qarabağ”a iki oyunda məğlub olub, birində qalib gəlmişik. Bu dəfə də  “Qarabağ” məğlubiyyətlə üzləşə bilər. Aparıcı oyunçularım sabah meydanda olmayacaq. Lakin bu, “Bakı”nın istəyini dəyişmir. Hər şey bizim öz əlimizdədi. Real duruma baxıb düşünmək lazımdı. Qarşıdakı oyunlara baxaq görək vəziyyət necə olacaq?! İndiki halda komandam avrokuboklarda çıxış etməyə hazır deyil”.

Qeyd edək ki, “Bakı” – “Qarabağ” oyunu sabah, saat 15:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43