19 Sentyabr 2024
Ölkə futbolu

Bölgə klubu legionerlərinə qovuşur

“Turan Tovuz” qış təlim-məşq toplanışını Antalyada davam etdirir.

İdmanxeber.az-a verilən məlumata görə, Bruno Qonçalves, Otto Con və Paçu Luis ilə ilk gündən komanda ilə birgə Türkiyəyə yollanıb. Heyətin digər əcnəbi futbolçuları isə sabah Antalyada klubun düşərgəsinə qoşulacaq.

Xatırladaq ki, Tovuz klubu qardaş ölkədə 3 yoxlama oyunu keçirəcək. Komanda yanvarın 9-da Rumıniyanın “Voluntari”  klubu ilə qarşılaşacaq. Ayın 15-də isə “Turan Tovuz” Macarıstanın “Şiofok” və Özbəkistanın “Nasaf” klubları ilə üz-üzə gələcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43