19 Sentyabr 2024
Ölkə futbolu

Bölgə klubu narazılıq edir: “Qolumuzu saymadılar” – VİDEO

Azərbaycan I Liqasında 12-ci turun oyunları keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, Yevlaxın “Karvan” klubu evdə “Zaqatala”nı qəbul edib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçın ikinci hissəsində yaşanan bir epizod “Karvan” klubunun ciddi etirazına səbəb olub. Belə ki, ev sahibi tərəf komandanın nigeriyalı futbolçusu Peter Kinqsin zərbəsi zamanı topun qapı xəttini keçdiyini bildirib. Həmin epizodun davamında “Karvan”lı futbolçu qapıya yol tapsa da, ofsayd səbəbi ilə hakimlər qolu qeydə almayıb.

Eyni epizodda iki qolunun sayılmadığını bildirən Yexlax təmsilçisi sosial şəbəkə hesabından “hakimlər vurduğumuz təmiz qolu qeydə almadılar” yazaraq, referilərdən narazılıq edib.

Xatırladaq ki, matçın baş hakimi Əli Əliyev olub. Ona Kərim Zeynalovla Səbuhi Soltanov köməklik edib.

Həmin epizodu təqdim edirik:


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43