Ölkə futbolu

Bölgə klubu yeni transferlərini niyə rəsmiləşdirə bilmir?

“Kəpəz” yeni transferlərini – İqor Rodrigez və Adama Nianenin keçidini hələ də rəsmiləşdirə bilməyib.

Klubdan İdmanxeber.az-a bildirilib ki, həm portuqaliyalı qapıçının, həm də malili forvardın sənədləri qaydasında olmadığından onlarla müqavilə imzalamaq mümkün deyil.

Artıq hər iki əcnəbi futbolçu bir həftəddir ki, Gəncədədi. Onlarla qarşıdakı həftədə müqavilə imzalanması gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43