Ölkə futbolu

AFFA rəsmisi UEFA-dan təyinat aldı

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, qurumun İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan yeni təyinat alıb.

İdmanxeber.az xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələ matçında iş başında olacaq.

K.Mehdiyeva AÇ-nin D qrupunda baş tutacaq İsrail – Estoniya görüşünün UEFA nümayəndəsi olacaq.

Qarşılaşma oktyabrın 12-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43