Dünyadan

“Qarabağ”ın bu futbolçuları “Hekken”lə oyunu buraxacaq

UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci matçında səfərdə “Hekken”lə qarşilaşacaq “Qarabağ” bu oyuna ciddi itkilərlə çıxacaq.

İdmanxeber.az-ın məlumatına görə, Marko Veşoviç, Redon Cica və Bəhlul Mustafazadə sabahkı oyunda meydana çıxa bilməyəcək. Hər üç futbolçunun mikro zədəsi var.

Qeyd edək ki, “Hekken” – “Qarabağ” matçı saat 23:00-da başlayacaq və “CBC Sport” kanalı ilə canlı yayımlanacaq 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43