08 Sentyabr 2024
Ölkə futbolu

Bölgə klubunda maliyyə problemi yeni müqaviləyə mane olur

Bir müddətdir “Kəpəz”də baxışda olan Ədilxan Qaraəhmədovla hələ də rəsmi müqavilə imzalanmayıb.

İdmanxeber.az-a verilən məlumata görə, məşqçilər heyəti oyunçunun performansından razı qalsa da, klub hələ yekun qərar verməyib. Buna səbəb maliyyə məsələsidir.  Gəncə təmsilçisindəki məhdud büdcə Qaraəhmədovla yeni müqavilə imzalanmasına mane olur.

Xatırladaq ki, 23 yaşlı futbolçu ötən mövsüm “Səbail”də çıxış edib. O, cari mövsümə “İrəvan”da başlasa da, klubda yaranan maliyyə problemlərinə görə oradan ayrılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43