Dünyadan

Bolqarıstan millisinin futbolçusu azərbaycanlı azarkeşlərdən çəkindi: “Çox çətin olacaq”

Bolqarıstan yığmasının müdafiəçisi  Stanislav Manolev millimizlə qarşıdan gələn oyun haqda danışıb.

İdmanxeber.com-un məlumatına görə, Moskva “Dinamo”sunun futbolçusu millimizə qarşı oyunun onlar üçün çox çətin olacağını deyib:

“Azərbaycan millisinin ev oyunlarının videoyazısına baxmışam. Bilirik ki, rəqibimizin çox həvəsli azarkeşləri var. Bunu dəyərləndirməmək olmaz. Buna görə də  Bakıdakı oyun çox çətin olacaq. Bizim futbolçular xarakter göstərməlidir ki, həmin çılğın azarkeşlər önündə qələbə qazana bilək”.

Qeyd edək ki, Azərbaycan – Bolqarıstan matçı sentyabrən 9-da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43