Ölkə futbolu

“Bordinin Bakı xəyalları reallaşmaya bilər” – İtaliya mətbuatı

İtaliya mətbuatı xarici ölkələrdə çıxış edən yerli oyunçular və baş məşqçiləri barədə maraqlı araşdırma edib. Araşdırmada “Neftçi”nin italiyalı futbolçusu Canluka Sansune və baş məşqçi Roberto Bordin də yer alıb.

Çempionatın yekununa 3 tur qalmış həmkarlarımız “Neftçi”nin şansını “Qarabağ”dan az olduğunu vurğulayıb. Qeyd ediblər ki, qarşıdakı üç turda “Neftçi”nin təqvimi daha çətindir:

“Roberto Bordin “Şerif”dəki uğurunu Azərbaycanda təkrarlaması çətin görünür. Çünki onlar sona üç tur qalmış ən yaxın rəqibindən 2 xal geridədirlər. Digər tərəfdən isə “Neftçi”nin təqvimi “Qarabağ”a nəzərən daha çətindir. Xüsusən sona bir tur qalmış “Qəbələ” səfəri və son turda “Qarabağ”la olan görüş komandanı çempionluqdan edə bilər. Bordin “Şerif”dəki uğuru təkrarlamaq istəsə də, Bakı xəyalları reallaşmaya bilər”.

“Neftçi” son 3 turda müvafiq olaraq “Sumqayıt”, “Qəbələ” və “Qarabağ”la qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43